çap məhsulu

Poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu

coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi
çay
OBASTAN VİKİ
Çap
Kalibr (ar: ‏قالب / qālib, Az: qəlib), 1 düymənin yüzdə birinə bərabər olan ölçü vahididir. 1 kalibr 0,254 millimetrə bərabərdir.
Qida məhsulu
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Turizm məhsulu
Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudur. == Növləri == Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır. Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir. == Xidmət tədarükçüləri == Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisə və təşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.
Yumurta (qida məhsulu)
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. == Tarix == Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
4D çap texnologiyaları
4D Texnologiyaları - 3D Texnologiyalarından sonra 4-cü nəsil hesab olunan daha təkmilləşdirilmiş və genişləndirilmiş texnologiyalarıdır. ABŞ-nin Harvard Universitetinin alimlərindən ibarət qrup 3D-printerdə çap edilən obyektlərin formasını dəyişdirmək üçün proqramlaşdırmağa imkan verən texnologiya hazırlayıblar. Bu halda dəyişikliklər dördüncü ölçü adlandırılan zaman kəsiyində baş verdiyinə görə texnologiya 4D-çap adlandırılıb.Təbiətdə artıq mövcud olan mexanizmlər, məsələn, xarici stimullardan asılı olaraq öz formasını dəyişdirmək qabiliyyətinə malik bitkilər alimləri 4D-çap texnologiyasını hazırlamağa ilhamlandırıb. rusbase.com saytının məlumatına görə, 3D-printerdə mürəkkəb əvəzinə sellüloz liflərindən ibarət olan hidrogeldən istifadə olunur. Çapdan sonra hidrogel dərhal bərkiyir. Lakin bu kimi hidrogellərdən çap edilmiş struktur suya salındıqda sellüloz liflər qeyri-bərabər şəkildə şişərək bütün obyektin formasını dəyişdirir. Alimlər tərəfindən hazırlanmış riyazi model çap edilmiş strukturların suda istənilən formaya çevrilməsi üçün sellüloz lifləri gel üzərinə yerləşdirilmə qaydasını əvvəlcədən planlaşdırmağa imkan verir.
Yüksək keyfiyyətli çap
Yüksək keyfiyyətli çap (en. letter quality (LQ)) – matrisli printerdəki çapın yazı makinasında yazılmış mətnin keyfiyyətindən geri qalmayan keyfiyyəti. Adından göründüyü kimi (ingiliscə “letter” – “məktub”), belə çap keyfiyyəti işgüzar yazışmalara qoyulan tələblərə uyğun olur. Termin bir qədər köhnəlib, çünki lazerli və şırnaqlı printerlər daha yüksək keyfiyyətli çap təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çoxkeçidli çap (İnformatika)
Çoxkeçidli çap (İng. multiple-pass printing, ru. многопроходная печать )- matrisli printerlərdə: hər bir sətri ikinci dəfə birincinin üzərinə çap etmək üçün çap başçığının bir neçə keçid etməsindən ibarət olan çap üsulu. Bu üsuldan çapın kontrastlığını yaxşılaşdırmaq və düzləndirmə xətalarını hamarlamaq məqsədilə istifadə olunur. Yaxşı printerlərdə ikinci keçiddən öncə kağız azca yuxarı sürüşür, buna görə də simvolların nöqtələri üst-üstə düşərək daha aydın (dəqiq) və tünd görüntü yaradır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ərəb ölkələrində çap mətbuatı
Ərəb çap mediasının əksəriyyəti zəif iqtisadi bazada mövcud olmuşdur. Onlar savadlı əhalinin az olması və bir çox yerlərdə məhdud gəlirdən əziyyət çəkirdilər.Eyni zamanda satışdada məhdudiyyət vardır, beləki mediada reklamdan istifadə çox geniş inkişaf etməmişdir. Hətta bəzi Ərəb ölkələri və fiziki şəxslərin 20-ci əsrin ikinci yarısında varlanmasına baxmayaraq, onlar reklamı ciddiyyətə almır və medianı önəmli investisiya kimi görmürdülər. == Tarixi == Mətbu xəbərlərini daşıyan ərəblər tərəfindən yazılmış ilk nəşr olunan Jurnal-al-İraq olmuşdur və 1816-cı ildə ərəb və türk dillərində Bağdadda çıxmağa başlamışdır.İki ərəb qəzeti 1820-ci illərdə Qahirədə nəşr olunmağa başlamış və bundan sonra 1847-ci ildə Əlcazairdə,1858-ci ildə Beyrutda, 1860-cı illərdə Tunis, Dəməşq və Ttipoli Liviyada, 1879-cu ildə San`a, 1889-cu Kasablanka və 1908-ci ildə Məkkədə qəzetlər çıxmağa başlayır . == Livan və Misirdə == Çap mediasının aparıcı mərkəzləri Livan və Misir olmuşdur və bu ölkələrdə bir çox ərəb ölkələrindən daha erkən vacib xəbərlər çap olunurdu. Onlar 21-ci əsrə qədər jurnalistikada aparıcı səviyyəsini saxlaya bilmişdir. İlk gündəlik ərəb qəzeti 1873-cü ildə Beyrutda çıxmış al-Ahram olmuşdur.Bu günə qədər də aparıcı gündəlik qəzetdir. 1875-ci ildə Misirdə buraxılmağa başlayır. 21-ci əsrdə yalnız Misir yarım milyondan çox gündəlik dövriyyəsi olan çap mediasına malik idi. Onun aparıcı iki gündəlikləri olan al-Ahram və al-Akbar 700 mindən çox nüsxə və al-Jumhuriyya 400 mindən çox nüsxə satmışdır.
ко́жный макла́к меня́льщик нагла́живаться обма́нываться о́ченно полосу́шка страхово́й вы́пендриться вы́трясти зверово́д по-пи́сьменному подтира́ться раздражи́тельный рогове́ть Bluebeard incapable long tail musket obscurant studio couch unproclaimed жрать предостережение электроламповый